Bu mənim ən yaxşı çıxışımdır - Azərbaycanlı gimnast 

17:03 23.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan gimnastı Ağakazım Rüstəmov "EYOF Bakı-2019"da öz çıxışından razı qaldığını bildirib.

Trend-in məlumatına görə, gimnastika ilə 11 yaşından məşğul olan idmançı deyib: "Üç qurğuda hərəkətlər nümayiş etdirdim - sərbəst hərəkətlər, idman atı və dayaqla tullanma. Bu, artıq üçünçü yarışımdır və bu gün ən yaxşı çıxışımı nümayiş etdirdim".

A.Rüstəmov qeyd edib ki, bu yarışlarda bütün rəqiblər güclüdür.

O deyib: "Bu gün burada iştirak edən idmançılar bütün Avropanı təmsil edir və ən güclülərdir. Özüm üçün əsas rəqib olaraq Ukrayna və Rusiya idmançılarını görürəm".

 

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.